Madrid "Real"ı hücumçu Vinisius Juniorun yaratdığı imicdən narazıdır. Buna görədə rəhbərlik onunla yollarını ayırmaq fikrinə düşüb. "Todofichajes"in sözlərinə görə, Vinisius Juniorun meydanda çılğın davranışına görə braziliyalı komandada nüfuzunu itirməyə başlayıb. Forvardın yay transfer pəncərəsində satılması variantı istisna edilməyib. Onun üçün "Kral klubu" 160-200 milyon avro qiymət qoyub. Əsas namizəd isə Fransanın PSJ klubudur.
Klubda hamını özündən narazı salıb