Bu gün UEFA-nın İsveçrədəki mənzil qərargahında Avropa Liqasının 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Püşk bu mərhələdə iki İtaliya klubunu üz-üzə qoyub. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. Mərasimdə 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer”in də növbəti rəqibinin adına aydınlıq gəlib.
1/4 final
“Milan” (İtaliya) - “Roma” (İtaliya)
“Liverpul” (İngiltərə) - “Atalanta” (İtaliya)
“Bayer” (Almaniya) - “Vest Hem” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)
Yarımfinal
“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” - “Atalanta” cütünün qalibi
“Milan” - “Roma” cütünün qalibi / “Bayer” - “Vest Hem”
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.