"Real" ın püşkatmada çəkindiyi yeganə komanda

"Real" ın püşkatmada çəkindiyi yeganə komanda

Madrid "Real"nın UEFA Çempionlar Liqasının 1/4 finalında qarşılaşmamaq istədiyi klubun adı müəyyənləşib. Relevo jurnalistlərinin yazdığı məlumata görə “Kral” klubu Fransa PSJ-si ilə qarşılaşmaq istəməyib. Madrid klubu parisli hücumçu Kilian Mbappenin potensial transferi səbəbindən bu dueldən qaçmaq istəyir. Klubun rəsmiləri bu müqavilə ətrafında daha çox təlaşın yaranmasını istəmirlər. Qeyd edək ki, püşkatmaya əsasən "Real" "Mançester Siti" ilə PSJ isə "Barselona" ilə 1/4 finalda üzə üzə gələcək.