Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşdi 

Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşdi 

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyununun keçiriləcəyi stadionun adına aydınlıq gəlib. 

Peşəkar Futbol Liqasından verilən məlumata görə oyun iyunun 2-də "Liv Bona Dea Arena”da təşkil olunacaq.

Oyunun başlama saatı isə hələ müəyyənləşməyib.