Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları davam edir. Turun üçüncü oyun günün ilk qarşılaşması Tovuzda təşkil olunub. "Turan Tovuz" doğma meydanda "Qarabağ"ı qəbul edib. Oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb -1:3.
Meydan sahiblərinin heyətində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Lakin Tovuz təmsilçisi üstünlüyünü qoruya bilməyib. Matçın 56-cı dəqiqəsində Nəriman Axundzadə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Patrik Andrade “Köhlən atları” hesabda irəli çıxarıb. Qarşılaşmanın son dəqiqələrində daha bir dəfə rəqibi məyus edib. 90+4-cü dəqiqədə Toral Bayramov penaltidən fərqlənməklə matçda son yekun hesabı müəyyənləşdirib.
Turnir cədvəlinə liderlik edən "Qarabağ" qələbə sayəsində xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.