Lyuis Hemiltonun 2025-ci ildə heyətinə cəlb olunacaq “Ferrari”də yeni yarış mühəndisinin adı açıqlanıb. Bu, Rikkardo Adami olacaq. Məlumatı İtaliyanın “Formula Uno Analisi Tecnica” nəşri yayıb. Bildirilir ki, Hemiltonun hazırkı yarış mühəndisi Piter Bonninqton “Ferrari”yə keçə bilməyəcək. Pilotun müqaviləsində istənilən işçini özü apara bilməsi barədə qadağa bəndi var. Qeyd olunur ki, Adami hazırda “Ferrari”də Karlos Saynsla işləyir.