Pilot "Versal"ı ələ keçirdi

Pilot "Versal"ı ələ keçirdi

Formula 1 "Alpin" komandasının pilotu fransalı Pyer Qasli Fransanın üçüncü divizionunda çıxış edən "Versal" futbol klubunun ortaq səhmlərinə sahibi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. ""Versal" ilə işləməkdən məmnunam, çünki həmişə peşəkar futbolun bir hissəsi olmaq istəmişəm. Bu, çox gözəl bir hekayənin başlanğıcıdır. Gedək, Versal! - deyə Qasli öz şəbəkə hesabında şərh yazıb.

Məlumat üçün bildirək ki, «Versal» futbol klubu 1989-cu ildə yaradılıb. 2021/2022 mövsümündə komanda Fransa kubokunun yarımfinalına yüksəlib. Lakin "Nitsa"ya 0:2 hesabı ilə uduzub.