Bu gün Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə “12-ci Cantanhede" beynəlxalq açıq turnirə start veriləcək.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnastımız mübarizə aparacaq.
Komandamızın heyətində Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyeva yer alıb.
Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova isə ölkəmizi yarışda hakim qismində təmsil edəcək.
Turnirə martın 24-də yekun vurulacaq.