Gimnastlarımız Almatıda beynəlxalq turnirdə iştirak edirlər

Gimnastlarımız Almatıda beynəlxalq turnirdə iştirak edirlər

Bu gün Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq turnirdə Azərbaycan idmançıları da mübarizə aparırlar. Komandamız yarışda Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli ilə təmsil olunur.

Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə Almatıya yollanıb.