Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər.
Azərbaycan Gimnastika Fedreasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb.
Martın 22-si start götürən yarışa bu gün yekun vurulacaq.