Gimnastlarımız Portuqaliyada gümüş medal qazandılar 

Gimnastlarımız Portuqaliyada gümüş medal qazandılar 

Azərbaycan gimnastları Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə keçirilən 12-ci “Cantanhede International Open Competition 2024” beynəlxalq turnirində ikinci yeri tutublar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan ibarət heyət gümüş medala sahib çıxıb.