ASMEİF Şurasının ilin yekunları ilə bağlı iclası keçirilib

ASMEİF Şurasının ilin yekunları ilə bağlı iclası keçirilib


Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiya (SMEİF) Şurasının növbəti iclası keçirilb.
İclasda federasiyanın 2013-cü il üzrə gördüyü işlərin nəticələri, 2014-cü ilə dair tədbirlər planına uyğun olaraq görüləcək işlər, ukraynalı mütəxəssis Aleksandr Puqaç tərəfindən Azərbaycanın yeni regionlarının (Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qax rayonları) xəritələrinin hazırlanması üzrə işlərin ardıcıllığına dair təkliflərin hazırlanması məsələləri müzakirə edilib. İclasda həm də 2014-cü ilin tədbirlər planına uyğun olaraq beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin müəyyənləşdirilməsi, orta və ali təhsil müəssisələrində seminarların keçirilməsi ilə səmti müəyyən etmə idman növünün təbliğatına dair işlərin bərpa olunması istiqamətində geniş müzakirələr aparılmış və bununla bağlı Federasiya Şurasının üzvlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sonda isə Federasiya Şurası tərəfindən 2014-cü ilin aprelində Odessada, mayda isə Sevastopolda (Krım MR, Ukrayna) Ukrayna ilə birgə 416-cı Taqanroq və 77-ci Sevastopol atıcı diviziyaları tərəfindən Odessa və Sevastopol şəhərlərinin azad olunmasının 70-ci ildönümünə həsr olunmuş yarışların keçirilməsinə dair layihənin həyata keçirilməsi üzrə ASMEİF qarşısında duran tapşırıqlar müzakirə olunub.