Nəzrin Cahid qızı Muradova Saatlı şəhər 1 saylı tam orta məktəbin 3 A sinifində əla qiymətlərlə oxuyur. Balaca Nəzrin dərslərini əla oxumaqla yanaşı, həm də idmanın bədii gimnastika növü ilə məşğul olur. Böyük arzuların sorağında olan balaca Nəzrinin bu idman növünə olan sevgi və marağı onu idman zalına gətirib. İndi onun ən böyük arzusu ölkəmizin sayılıb-seçilən gimnastlarından biri olmaq, Azərbaycan millisinin tərkibində dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğurlu çıxış edərək, bayrağımızı yüksəklərə qaldırmaqdır. O, bunun üçün həftə ərzində təşkil olunan məşqlərdə səylə hazırlaşır, məşqçilərin verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirir.
Nəzrinin məşqçiləri də onun gələcəkdə Azərbaycanın bədii gimnastika üzrə milli komandasının əsas simalarından biri olacağına inanırlar.
Biz də “Olimpnews.az" saytı, azyaşlı idmançımıza inanır, ona gələcək yarışlarda böyük uğurlar əldə etməyi arzulayırıq.