“Mercedes”in rəhbəri Toto Volf komandasının Avstraliya Qran Prisində uğursuz çıxışından danışıb. “Komandadan ayrılmaq barədə düşünmürəm. Nəyisə necə dəyişdirmək barədə hər hansı bir fikriniz varsa, onları eşitmək istərdim. Əsas odur ki, bu mənim işimdir”, - deyə Wolf bildirib. Xatırladaq ki, Melburnda Lyuis Hemilton 16-cı dövrədə mühərrikin nasazlığı səbəbindən yarışı tərk edib. Sonuncu dövrədə isə Corc Rassel “Aston Martin”dən Fernando Alonsonu ötmək istəyərkən qəzaya uğramışdı.
“Mercedes”in rəhbəri uğursuzluqla barışır