Keçmiş Formula 1 pilotu, hazırda isə ekspert olan Ralf Şumaxer “Red Bull”un sürücüsü Maks Ferstappenin “Mercedes”ə mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.
Şumaxerin sözlərinə görə, niderlandlı pilot komandasını dəyişmək qərarına gəlsə, “Red Bull” ona mane olmayacaq.
“Maks almanca danışır. Deməli, bu onun üçün çox yaxşı alternativdir. Xüsusilə xarakterini nəzərə alsaq, komandaya yaxşı uyğunlaşacaq. Mən düşünmürəm ki, o getmək istəsə, “Red Bull” onun yolunda duracaq”, - deyə “GPblog” Şumaxerin sözlərindən sitat gətirib. Almaniyanın “Sky Sports” kanalı da daha əvvəl M.Ferstappenlə bağlı sujet hazırlamışdı. Onun keçidinin hazırkı Formula 1 mövsümü başa çatdıqdan sonra, 2025-ci ildə baş tuta biləcəyi də sujetdə qeyd edilmişdi.