İtaliyanın "BorromeodeSilva" studiyası özünün yeni layihəsini üstü açıq yolsuzluq avtomobili STL-1-i təqdim edib.
1968-ci ilin klassik «Ford Mustang» əsasında həyata keçirilən layihənin ideyası «BorromeodeSilva»nın yaradıcı direktoru Karlo Borromeodan gəlib. O, Mərkəzi Amerikada səyahətdə olarkən «Mustang»ı bu qiyafəyə salmağa qərar verib.
Avtomobil yeni polad gövdə, gücləndirilmiş asma qolları və daha kütləvi əyləclərə sahib olub. Bundan əlavə STL-1 fərqli mühərrikə, 450 at gücünə malik 5,0 litrlik «Road Runner V8»ə, polad dirsək valına və yarış «Mustang Boss 302R»dan alınan suqəbuledici manifolduna malikdir.