İki böyük şirkət ortaq razılığa gəliblər

İki böyük şirkət ortaq razılığa gəliblər

Formula 1-in sahibi olan «Liberty Media» MotoGP və Dünya Superbike çempionatının hüquqlarına sahib olan «Dorna»nı almağa hazırlaşır. «The Financial Times» anonim mənbələrə istinadən bu xəbəri yayıb.

«Liberty Media» ilə «Dorna» arasında razılaşmanın olması uzun müddətdir təsdiq gözləyir. Tərəflər arasında razılıq Qətərdə martın 10-da başlayan yeni MotoGP mövsümünün startından əvvəl edilməsi planlaşdırılırdı.

Ehtimal olunur ki, sövdələşmə barədə ictimaiyyətə açıqlama verməyi təxirə salmaq qərarı Avropada antiinhisar qanunları ilə bağlı narahatlıqlardan irəli gəlir. Müraciət üçün növbəti mümkün tarix aprelin 14-nə təsadüf edir. Həmin vaxt MotoGP-nin Ostin (ABŞ) mərhələsi keçiriləcək.