Çövkən oyunu UNESCO-nun mədəni irs siyahısına salınıb

Çövkən oyunu UNESCO-nun mədəni irs siyahısına salınıb


Azərbaycanın qədim idman oyunlarından olan çövkən UNESCO-nun təcili qorunmağa ehtiyacı olan mədəni irs siyahısına salınıb. Bu qərar Azərbaycan tərəfənin müraciəti əsasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında qəbul edilib.
Qərarın qəbulu üçün komitə üzvlərinə təşəkkür edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: «Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun təcrübəsini davam etdirməyə və gələcək nəsillərə ötürməyə imkan verəcək».