Sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına yekun vurulub



Dekabrın 4-5-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçiriliib. Yarışda Neftçi İSM, DİN İC, 6 saylı UGGİM, Gömrükçü İC, Pəhləvan İK, Sərhədçi İK, Turan İK, 1 saylı RİOEUGİM, Lokomotiv İSM, Spartak KBTİCRŞ, Azəri İK, X.Cəfərov adına G.K -nı təmsil edən 168 idmançı mübarizə aparıb. .
Çempionatda sərbəst güləş üzrə Fərid İsmayılov ("Lokomotiv”, 55 kq), Nicat Muradov (Neftçi İSM, 60 kq), Əlisa Abbasov ("Lokomotiv” 66 kq), Aqil Əsgərov ("Turan”, 74 kq), Elmar İsmayılov ("Gömrükçü”, 84 kq), Rəşad Əsgərov (DİN İC, 96 kq) İlham Abidov (Neftçi İSM, 120 kq) 1-ci yerə layiq görülüblər. Yunan-roma güləşi üzrə yarışlarda isə Elşən Hüseynov (Neftçi İSM, 55 kq), Səid Balabəyov (Neftçi İSM, 60 kq), Ceyhun Quluzadə (Neftçi İSM, 66 kq), Nurlan Quliyev (DİN İC, 74 kq), Samran Nəsibov ("Gömrükçü”, 84 kq), Sultan İsmayılov (MOİK, 96 kq), Röyal Mirzəyev ("Spartak”, 120 kq) fərqləniblər.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.