“Volkswagen”in Avstraliya bölməsi təhlükəli heyvanları qorxuda bilən brend loqosu olan innovativ ad lövhəsini təqdim edib. Volkswagen xəbər verir ki, qurğu “RooBadge” adlanır və qoruyucu aeroekrandan ibarətdir.
Qeyd olunur ki, Avstraliyada çoxsaylı kenqurular sürücülər üçün problem yaradır. Bu səbəbdən hər il bu heyvanların iştirakı ilə on minlərlə yol qəzası baş verir. “RooBadge” isə kenquruları avtomobillərdən qorxutmaq üçün nəzərdə tutulub.
RooBadge süni intellektə əsaslanan analitik sistemlərdən istifadə edərək, kenquruların yeri barədə real vaxt rejimində məlumat alır və heyvanların toplaşdığı yerə yaxınlaşdıqda audiosistem işə salınır. O, kenquruları qorxudan və bununla da həm heyvanlar, həm də sürücülər üçün təhlükəli hadisələrin qarşısını alan yırtıcıların və quşların həyəcan siqnallarının səslərini simulyasiya edir.