“Hər kəs mənə zəng edə bilər”

“Hər kəs mənə zəng edə bilər”

 

“Red Bull”un pilotu Maks Ferstappen açıq şəkildə bildirib ki, komandası onun hazırkı müqaviləsi bitməmiş başqa komandaya keçidindən narahat olmamalıdır. “Hazırda heç kimin bundan qorxduğunu düşünmürəm. Mənimlə bağlı çox şeylər yazırlar. Bu isə komanda rəhbərliyinin diqqətini çəkir. Hər hansı bir sualınız olarsa, komandadan hər kəs mənə zəng edə bilər”, - deyə PlanetF1 üçqat Formula 1 çempionunun sözlərindən sitat gətirib.