Yeddi qat dünya çempionu və «Mercedes»in pilotu Lyuis Hemilton yarışlara gəldiyi məqamlarla bağlı xatirələrini bölüşüb.
“Formula 1-ə gəlişim məqsədli olmuşdu. Daimi işləməyin məni xoşbəxt etməyəcəyini bilirdim. Mütləq həyatımda tarazlıq tapmalı idim. Əgər bunu insan nizamlaya bilmirsə, deməli çox bədbəxtdir. Qısa müddət ərzində enişlərim oldu. Çox şey itirdim. Formula 1 məni tək qoymadı. Arzularımın həyata keçməsində vasitəçi oldu. Həmişə olmaq istədiyim yerə - zirvəyə qalxdım. Ümumilikdə, bir rəngli həyat tərzindən qaçmaq lazımdır, - GQ Hemiltondan sitat gətirib.