Tennis üzrə ölkə birinciliyi keçirilib.
Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda müxtəlif yaş kateqoriyalarında 46 tennisçi mübarizə aparıb.
Turnirdə 8-10 yaşlı oğlanlar arasında birinci yeri Heydər Əsgərəlizadə tutub. Daniil Morozkov ikinci, Anar Şahkərimov isə üçüncü yerə sahib çıxıb.
11-12 yaşlı oğlanların yarışında Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlıların mübarizəsində isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb.
8-10 yaşlı qızlar arasında keçirilən yarışda isə İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızların mübarizəsində isə Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova fəxrikürsüdə yer alıb. Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova isə 13-16 yaşlı idmançılar arasında mükafatçılar sırasına düşüb.