Tennis üzrə rusiyalı beşqat Böyük Dəbilqə çempionu Mariya Şarapova idman karyerasının ən vacib qarşılaşması barədə danışıb. “Uimbldon finalı. 2004-cü il. Serena Uilyamsı məğlub etmişdim (6:1, 6:4). Həmin vaxt 17 yaşım var idi. Həmin finalda oynamaqla arzularımı gerçəkləşdirmişdim”, - Şarapova WTA üçün xüsusi hazırlanmış videoçarxda deyib.
Xatırlayaq ki, Mariya Şarapova finalda S.Uilyamsı məğlub edərək 1887-ci ildə Lotti Dod və 1997-ci ildə Martina Hingisdən sonra üçüncü ən gənc Uimbledon qalibi, eləcə də Böyük Dəbilqə turnirini fəth edən ilk rusiyalı qadın tennisçi olmuşdu.