Azərbaycanın fiqurlu konkisürmə cütlüyü “Golden Spin” turnirinin qalibi olub

Azərbaycanın fiqurlu konkisürmə cütlüyü “Golden Spin” turnirinin qalibi olub

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində fiqurlu konkisürmə üzrə "Golden Spin” beynəlxalq turniri keçirilib.
Turnirdə Azərbaycanı təmsil edən Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü çempionatın sərbəst növ üzrə yarışında 93,55 bal toplayaraq ən yaxşı nəticə göstəriblər.
Rəqs cütlüyümüz turnirin qısa rəqs nominasiyasında da hamıdan üstün olub - 57,28 bal. Ümumilikdə 150,83 bal toplayan təmsilçilərimiz turnirin qalibi adını qazanıblar.