Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Günün yeganə qarşılaşmasında “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunlarına aprelin 17-də start veriləcək.