Stolüstü tennisçilərimiz beynəlxalq yarışda fəxri kürsüdə yer aldılar

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda fəxri kürsüdə yer aldılar

 

Stolüstü tennis üzrə 15 yaşadək yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində iştirak ediblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında mübarizə aparıb. Komandamız turnirdə Qazaxıstan və Türkiyə millisindən sonra üçüncü yerə sahib çıxıb. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.