İngiltərənin "Çelsi" futbol komandasının futbolçuları - qapıçı Robert Sançez və müdafiəçi Levi Kolvil «McLaren» Texnologiya Mərkəzinin qonağı olublar. Komandanın məşhur pilotu Lando Norris ilə görüşdən sonra futbolçular McLaren yarış avtomobillərinin kolleksiyası ilə tanış olublar. Bundan sonra Robert Sançez və Levi Kolvil əsl yarışı imitasiya edən F1 avtomobilinin məşq simulyatorlarında bir-biri ilə yarışıblar. Onların yarışı beş dövrədən ibartə olub. Sançes 1,9 saniyə fərqlə finişə birinci çatıb. Görüşün sonunda "Çelsi" oyunçuları Norrisə öz klublarından 4 nömrəli köynəyi, Lando isə Formula 1-dəki nömrəsini daşıyan fərdi köynəyi hədiyyə kimi dəyişiblər.