Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.
“Murov Az Terminal” həlledici mərhələyə vəsiqə qazanıb.
Komanda yarımfinal mərhələsinin ikinci matçında "Neftçi"ni 3:0 (25:20, 25:21, 25:19) hesabı ilə üstələyib. İlk görüşdə də eyni hesab qeydə alınmışdı.
“Murov Az Terminal” finalda “Azərreyl”lə üz-üzə gələcək.