“Berqamo”lular baş məşqçilərini buraxmır

“Berqamo”lular baş məşqçilərini buraxmır

İtaliyanın "Atalanta" klubu baş məşqçisi Can Piero Qasperini ilə müqaviləni uzatmaq niyyətindədir. İnsayder Nikolo Şkiranın yazdığı xəbərə görə yeni müqavilə 2027-ci ilə qədər uzadılma şərtilə 2026-cı ilə qədər qüvvədə olacaq. “Berqamo” təmsilçisinin baş direktoru Luca Percassi bildirib ki, hazırda klub üçün Qasperini ən yaxşı namizəddir.