"Barselona" Almaniya klubundan futbolçu istəyir 

"Barselona" Almaniya klubundan futbolçu istəyir 

İspaniyanın "Barselona" klubu Almaniyanın "Leypsiq" klubunun yarımmüdafiəçisi Dani Olmo ilə maraqlanır. Kataloniya təmsilçisi futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırlar. Klub bunun üçün bu yaxınlarda onun agenti ilə də əlaqə saxlayıb. İspaniyalı futbolçunun sərbəstqalma məbləği 60 milyon avrodur. 
25 yaşlı futbolçu ilə "Barselona" ilə yanaşı, "Bayern" və "Mançester Yunayted" də yaxından maraqlanır.