İspaniya millisinin heyətində ikiqat Avropa çempionu və dünya çempionu İker Kasilyas hesab edir ki, "Real" La Liqanın 32-ci turunun mərkəzi oyununda "Barselona"nı inamla məğlub etməlidir. Kral klubunun keçmiş qapıçısı qeyd edib ki, kataloniyalılar Çempionlar Liqasının 1/4 finalında PSJ-yə səfərdə qalib gəldikdən sonra 1:4 hesabı ilə uduzduqlarından elə də xoş əhvalda deyillər. Kasilyasın fikrincə, "Real"ın qələbəsi əslində komandaya çempionluq titulunu gətirəcək. İspaniya çempionatının bitməsinə 9 tur qalmış Madrid "Barselona"nı xal cəhətdən qabaqlayır.
Qeyd edək ki, “Santyaqo Bernabeu”da baş tutacaq görüş saat 23.00-da başlayacaq.