PSJ rəhbərliyi komandanın hücumçusu Kilian Mbappedən narazıdır. “Footmarcato” jurnalistlərinin yazdığına görə, 25 yaşlı hücumçu ötən ilin avqustunda klub prezidenti Nasser Al-Xelaifi-yə yeni müqavilə imzalayacağını vəd etsə də, sözünə əməl etməyib. Futbolçu bu mövsümün sonunda Madrid “Real”ına keçməyə qərar verib. Mbappenin bu qərarı Paris klubunun rəhbərini qəzəbləndirib. Qeyd edək ki, Kilian 2017-ci ildən Paris komandasında oynayır. Onun müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatır. Bu mövsüm hücumçu 42 matçda iştirak edib, 41 qol vurub və 9 məhsuldar ötürmə edib.