Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turun daha bir oyunu keçirilib. Turun sonuncu oyun gününün ilk qarşılaşması "Kəpəz" və "Sabah" komandaları arasında olub.
Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə məğlub olub.
Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb.
"Sarı-göylər"in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib - 1:2.
Tura bu gün keçiriləcək "Araz-Naxçıvan" - Səbail" oyunu ilə yekun vurulacaq.