İsveçli atlet Arman Dyuplantis Brilliant Liqası mərhələsində şüvüllə tullanmada 6.24 metrlik yüksəkliyi aşaraq, yeni dünya rekordunu müəyyənləşdirib. Yarışlar Çinin Syamen şəhərində keçirilib.
Əvvəlki dünya rekordu (6,23 metr) da Dyuplantisə məxsus olub və 2023-cü ilin sentyabrında Brilliant Liqasının finalında müəyyən edilib.
Dyuplantis 24 yaşındadır və karyerasında artıq səkkizinci dünya rekordunu qırmağa nail olub. Olimpiya çempionu olan isveçli idmançı, həmçinin iki dəfə dünya və Avropa çempionatlarının qalibi adını da qazanıb.