Fiqurlu konkisürənlərimiz XXVI Qış Universiadasında gümüş medal qazandılar

Fiqurlu konkisürənlərimiz XXVI Qış Universiadasında gümüş medal qazandılar


Azərbaycanın fiqurlu konkisürmə cütlüyü Yuliya Zlobina-Aleksey Sitnikov İtaliyanın Trentino şəhərində keçirilən 26-cı Qış Universiadasında gümüş medal qazanıblar. İdmançılarımız bu yarışda 142,66 bal toplayıblar.
Yarışdan sonra Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü öz fikirlərini bölüşüblər: "Bu, Azərbaycan üçün universiadada ilk mühüm medaldır və bütün komanda bu nəticədən sevinir. Bizim üçün növbəti önəmli yarış Budapeştdə keçiriləcək Avropa çempionatıdır. Həmçinin, biz 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edəcəyik”.