Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda “Neftçi” klubu “Zirə”nin qonağı olub. Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda azarkeşlər sırasında əyləşən “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun atası maraqlı plakatı ilə diqqət çəkib.
Belə ki, futbolçunun atası, - “Oğlum, Fuad, qol Vur, atan sevinsin”, - yazılı pankart açıb.
Atasının bu "xahişini" yerinə yetirən Fuad rəqib komandanın qapısından bir qol keçirib.
"Oğlum, Fuad, qol Vur, atan sevinsin”