Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Həlledici oyuna vəsiqə uğrunda görüşdə “Latsio” komandası “Yuventus”la qarşılaşıb. Romada təşkil olunan oyun “Latsio”nun minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesabı 12-ci dəqiqədə “Latsio”nun futbolçusu Valentin Kastelanos açıb. O, növbəti dəfə matçın 49-cu dəqiqəsində fərqlənərək hesabdakı üstünlüyü iki topa çatdırb. Lakin “Latsio”nun bundan artığına gücü çatmayıb. Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “qoca sinyora” buaxılan toplardan birinin əvəzini çıxıb. Arkadius Milk dəqiq zərbə ilə fərqlənib. Beləliklə, “Latsio” oyunda 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, növbəti mərhələyə Turin təmsilçisi yüksəlib. Buna səbəb Turindəki oyunda “Yuventus”un 2:0 hesablı qələbə qazanması olub.
İtaliya kubokunda ikinci finalçının adına bu gün keçiriləcək “Atalanta” - “Fiorentina” oyunundan sonra aydınlıq gələcək.