Futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış bir oyun keçirilib.
"Olimpnews.az" xəbər verir ki, günün yeganə matçında “Arsenal” klubu doğma meydanda “Çelsi”ni qəbul edib. Oyun "topçular"ın böyükhesablı qələbəsi ilə başa çatıb -5:0.
London derbisində hesabı erkən qolla Trossard açıb. Matçın 4-cü dəqiqəsində fərqlənən futbolçu "Arsenal" hesabda önə keçirib. Oyunda növbəti qolları isə hərəyə iki dəfə fərqlənən Uayt (52; 70) və Haverts (57; 65) vurub.
"Arsenal" bu qələbə sayəsində xallarının sayını 77-yə çatdıraraq liderliyi ələ keçirib. Mikel Artetanın komandasını 3 xal fərqlə bir oyun az keçirən “Liverpul” izləyir. Aktivində 47 xalı olan "Çelsi” isə 9-cu sırada yer alır.
"Arsenal" "Çelsi"ni darmadağın edərək liderliyi ələ keçirdi