Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start veriləcək. 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Yığmamız yarışda 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunacaq. Yarışların ilk günündə komandamızın 7 cüdoçusu 5 çəki dərəcəsi üzrə mübarizə aparacaq.
Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq. Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatında fərdi yarışlara aprelin 27-də yekun vurulacaq.
Turnirin sonuncu günündə - aprelin 28-də isə qarışıq komanda yarışları keçiriləcək.