Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində uğurlu çıxış edib.
Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, məşqçi Mixail Timofeyevin rəhbərliyi altında içtirak etdiyi yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi adlayıb. 1/8 finalda belçikalı Noa Varrandaya 3:1, ardınca ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələrək yarımfinala adlayan təmsilçimiz burada fransalı Nolan Konstona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, bu, Azərbaycanlı tennisçilərin cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.