“Marca”nın məlumatına görə, FİFA və UEFA İspaniya klublarını və bütün yaş qruplarından olan milli komandaları beynəlxalq turnirlərdən kənarlaşdıra bilər. Səbəb ölkə hökumətinn İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə qarışması ilə bağlıdır. Qeyd olunur ki, RFEF-in fəaliyyətinə nəzarət edəcək xüsusi komissiyanın yaradılmasına çalışır. Bu isə qitənin ali futbol qurumlarının prinsipinə ziddi hesab olunur. Məhz bu səbəbdən hətta İspaniya millisi Avro-2024-də iştirak hüququnu itirə bilər. İspaniya hökuməti FİFA və UEFA-nın mümkün sanksiyalarından xəbərdar olmasına baxmayaraq, yenə də öz işini davam etdirmək niyyətindədir.