XI Respublika Spartakiadası davam edir

XI Respublika Spartakiadası davam edir


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən təhsil müəssisələri arasında XI Respublika Spartakiadası davam edir. Bakı 2 saylı Baza Tibb Kollecində təşkil olunan basketbol (oğlanlar) üzrə yarışlarda 9 komanda qalib adı uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bakı Neft Energetika Kolleci birinci yerə layiq görülüb. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Rabitə Nəqliyyat Kollecinin komandası isə üçüncü yeri tutub.