İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xuan Laporta Xavinin klubun baş məşqçisi vəzifəsində qalmasına münasibətini bildirib. Klub rəhbəri başqa məşqçilərlə deyil, məhz Xavi ilə yola davam etmək istədilərini qeyd edib.
"Başqa məşqçiləri müzakirə etmədik, çünki biz sadəcə, Xavinin fikrini dəyişməsini gözləyirdik. Mövsümün sonuna qədər digər məşqçilərlə heç nə olmayacaqdı, yeganə prioritetimiz Xavi idi. Xavi əsl "Barselona" azarkeşidir. Onun etdiyi hər şey klub üçündür. Getsəydi, heç nə istəmədən pulsuz gedərdi. Bir daha təsdiqlədiq ki, bizim əla səviyyədə futbol biliyi, özünə inamı, müsbət hissləri olan bir baş məşqçimiz var və biz bu məşqçi ilə fəxr edə bilərik”, - deyə Xuan Laporta bildirib.