İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Hernandes mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Növbəti mövsümdə də klubda qalacağını açıqlayan ispaniyalı mütəxəssis məşqçilər heyətində heç bir dəyişikliyin olmayacağını qeyd edib. “Məşqçilər heyətində heç bir dəyişiklik olmayacaq. Məhz bu heyətlə yola davam edəcəyik. Düşünürəm ki, hazırlıqlı və peşəkar heyətimiz var. Onların hamısı Barselonada doğulub. Hamımız bir-birimizi gözlədiyimiz və dinlədiyimiz üçün çox xoşbəxtik. Heyətdə heç bir dəyişiklik yoxdur.
Xavi mətbuat konfransında klubdan ayrılmağı düzgün addım olmadını qeyd edib.
"Bu, eqom üçün deyil, klubun yaxşılığı üçün verdiyim qərar idi. İndi hisslərim dəyişdi və buna görə də qalmağa qərar verdim. Qərarım düzgün idi, çünki klubun dəyişikliyə ehtiyacı var idi. İndi isə səhvdir, çünki əksini düşünürəm. Gənclər və heyət mənə dəstək oldu, prezidentin də etimadını gördüm. Bu, məni bu barədə yenidən düşünməyə vadar etdi. Hazırda hər şeyi düzəltməyə davam etmək üçün enerjim var.
44 yaşlı məşqçi 2025-ci ildən sonra müqavilənin uzadılması məsələsinə isə belə münasibət bildirib: "O vaxta hələ çox var. Hazırda əsas olan klubda davam etməyimdir. Oyunçular artıq bu qərarımı bilirlər. Mövsümün ən yaxşı məşqindən birini keçirdik. Prezident öz izahatlarını verdi, mən də burada izah etdiklərimlə eyni şeyləri onlara çatdırdım. Hər kəsin özünə inamını hiss etdim. Əgər getsəydim, bir illik müqaviləmdəki pulu götürmədən gedərdim. Fikrimcə, 2 il ərzində klub çox dəyişib. Biz rəqabət aparacaq vəziyyətdəyik. Düşünürəm ki, Çempionlar Liqasının yarımfinalını yaxşı səviyyədə olmadığımıza görə yox, təfərrüatlara görə əldən verdik. Hazırda daha yaxşı rəqabət apara bilməyimiz üçün təkmilləşməyimiz lazımdır"