Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk "5-lik"də qərarlaşan şahmatçılar mükafatlandırılıblar. Belə ki, karyerasında ilk dəfə yarışın qalibi olan Aydın Süleymanlıya qızıl medal və 12 min manat pul mükafatı verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də vitse-prezident Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. Vüqar Rəsulov isə Xəzər Babazadəni məğlub edərək bürünc medala sahib çıxıb.