Azərbaycanın fiqurlu konkisürmə cütlüyü 26-cı Qış Universiadasında gümüş medal qazanıb

Azərbaycanın fiqurlu konkisürmə cütlüyü 26-cı Qış Universiadasında gümüş medal qazanıb


İtaliyanın Trentino vilayətində keçirilən 26-cı Qış Universiadasında 50-dən çox ölkənin 3 minə yaxın atleti qış idmanının 13 növü üzrə qüvvəsini sınayır.
Yarışda Azərbaycanı fiqurlu konkisürmə üzrə təmsil edən Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü 142,66 bal toplayaraq universiadanın gümüş medalını qazanıb.
Çıxışlar başa çatdıqdan sonra idmançılarımız öz fikirlərini bildiriblər: "Bu, Azərbaycan üçün universiadada ilk mühüm medaldır və bütün komanda bu nəticədən sevinir. Bizim üçün növbəti önəmli yarış Budapeştdə keçiriləcək Avropa çempionatıdır. Həmçinin biz 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunlarında da Azərbaycanı təmsil edəcəyik”.
Qeyd edək ki, 26-cı Qış Universiadasında Patrik Brahner Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edir.
İdmançımız həmçinin 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunlarında da ölkəmizi təmsil edəcəkdir.