İtaliyanın Rimini şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən gimnastımız Nikita Simonov gümüş medal qazanıb. İdmançımız bu uğura halqalarla hərəkətlərdə nail olub. O, bununla da Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.
Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
İdman gimnastımızdan tarixi uğur