"Bayer"i hələ ki, məğlub edən rəqib yoxdur

"Bayer"i hələ ki, məğlub edən rəqib yoxdur

Leverkuzen "Bayer" 21-ci əsrin ən məğlubiyyətsiz klubu seriyasında tək rekordun sahibidir. Bu nəticə  Almaniya çempionatının 31-ci turu çərçivəsində "Bayer"in "Ştutqart"la heç-heçə etməsi (2:2 ) ilə rəsmiləşib. Beləliklə ispaniyalı Xabi Alonso rəhbərliyi altında “Bayer” 46 matçdır ki, rəqiblərinə boyun əymir. Məlumat üçün bildirək ki, Almaniya təmsilçisi XXI əsrdə Xorvatiyanın “Dinamo” və “Riyeka” komandalarının rekordunu qırıb. "Dinamo" 2014-cü il noyabrın 27-dən 2015-ci il sentyabrın 29-dək, "Riyeka" isə 9 aprel 2016-cı ildən 6 may 2017-ci ilə qədər bütün turnirlərdə 45 oyunda məğlub olmayıb.