Olimpiya yayımının əfsanəsi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil olmuşdur

Olimpiya yayımının əfsanəsi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil olmuşdur


2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsi (BEGOS) dekabrın 13-də bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq İdman Teleyayım Şirkəti (ISB) Avropa Oyunlarının əsas brodkasteri olub.
ISB 1996-cı ildə M.Romero tərəfindən yaradılmışdır. Yeddi Olimpiya oyunları, o cümlədən 2012-ci il London Olimpiadası zamanı yayımların təşkil edilməsinə M.Romeronun özü rəhbərlik etmişdir.
Bəyanatda deyilir ki, idmanın bütün növlərini ehtiva edən Avropa Oyunlarının, habelə açılış və bağlanış mərasimlərinin 1200 saatlıq yayımına görə ISB məsuliyyət daşıyacaqdır. ISB Oyunların yayımına görə televiziya hüquqlarının satışı ilə də məşğul olacaqdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirmişdir: "Strategiyamızın mühüm tərkib hissəsi kompleks yayımdır. Məqsəd birinci Avropa Oyunlarını uğurla keçirməkdir. Bizim ISB-nin simasında ideal tərəfdaşımız var”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki demişdir: "Bu, təkcə birinci Avropa Oyunları üçün deyil, həm də Avropa Oyunlarının uzunömürlülüyünü təmin etmək üçün çox yaxşı xəbərdir. Bu, onu göstərir ki, Avropa oyunları həm Avropada, həm də bütün dünyada sanballı teleauditoriya toplamağa qadir olan həyat qabiliyyətli təşəbbüsdür. Bu, eyni zamanda, gələcəkdə ciddi kommersiya tərəfdaşları cəlb etməyimizə kömək göstərəcəkdir”.